Allah`ın cənnətinə, üstün bir məqama çatdırdığı möminlərin buradakı söhbətləri Qurani-kərimdə hissə-hissə anladılmışdır. Bu söhbətlər dünya həyatında möminlərə gözəl örnək olaraq bildirilir. Ayələrdə bildirilən: “Onlar cənnətdə nə boş söz eşidəcək, nə də günaha bais olan bir şey edəcəklər. Eşitdikləri söz ancaq salam və yenə də salam olacaqdır” (“Vaqiə” surəsi, 25-26) hökmü dünya həyatında yaşayarkən də boş sözdən çəkinmənin vacibliyini göstərir. Başqa bir ayədə bu durum belə ifadə edilir: “Onlar cənnətdə nə boş söz, nə də yalan eşidəcəklər. Bu, müttəqilərə Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir” (“Nəbə” surəsi, 35-36).
İndi hər kəlməsi hikmətli olan bu söhbətləri əvvəldən başlayaraq incələyək. Möminlər hesaba çəkiləndən sonra dəstə-dəstə cənnətə daxil edilmişlər. Ora çatanda onları ilk qarşılayanlar cənnətin gözətçiləridir. Cənnətin qapıları möminlər üçün açılır və gözətçilər onları salamlayırlar. Bu məsələ ayədə belə bildirilir:
Başqa bir ayədə salamlamaq belə keçir:
Möminlərin onlara cavabı isə ayələrdə belə bildirilir:
Bunun ardınca eyni ayənin davamında onlara müraciət olunur:
“Etdiyiniz əməllərə görə varis olduğunuz cənnət budur”.
Bir ayədə cənnətdəki möminlərin şükürləri bu şəkildə təsvir edilir:
Başqa bir ayədə bu, belə söylənilir:
Cənnətə girmiş saleh möminlərin arasında olan söhbət isə belədir:
Bu ayələrdən də gördüyümüz kimi, möminlər sonda çatdıqları səadətin ancaq və ancaq Allah`ın diləməsi və rəhməti ilə olması qənaətindədir. Onların şüuru son dərəcə açıqdır və keçmişi xatırlayırlar. Bütün həyatları onlara xırdalıqlarına qədər göstərilir. Bu səhnədə özlərini dünya həyatında azdırmağa çalışan yoldaşlarını da görmüşlər və anlamışlar ki, əgər Allah`ın onların üzərindəki sonsuz lütfü və qoruması olmasaydı, onlar asanlıqla bu yoldan aza bilərdilər. Bunu diqqətlə düşünən möminlər fani dünyada olduğu kimi cənnətdə də Allah`a davamlı şükür edərlər.
Cənnət əhli ilə cəhənnəm əhli arasında olan və cəhənnəm əhlinin peşmançılığını ifadə edən sözlər isə aşağıdakı ayələrdə xəbər verilir:
Beləcə, cəhənnəm əhli dünya həyatında etdiyi pislikləri iqrar edər və artıq cəhənnəmdən bir çıxış imkanı olmadığını başa düşər. Bu söhbətlər isə cənnətdəki möminlərin şükürlərini və sevinclərini daha da artırar.
Cənnət əhli ilə cəhənnəm əhli arasında baş verən başqa bir söhbət belə bildirilir:
“Cənnət əhli cəhənnəm əhlinə müraciət edib: “Rəbbimizin bizə vəd etdiyinin gerçək olduğunu gördünüzmü”, - deyə soruşacaq. Onlar da: “Bəli”, - deyə cavab verəcəklər. Elə bu zaman onların hər iki dəstəsinin arasından bir carçı və ya cənnətdəkilərdən biri: “Allah zalımlara lənət etsin”, - deyə səslənəcək. O kəslər ki, insanları Allah yolundan döndərər, onu əyri salmaq istəyir, axirəti də inkar edərdilər” (“Əraf” surəsi, 44-45).
“Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstümüzə bir az su tökün” və ya “Allah`ın sizə verdiyi ruzilərdən bizə də bir qədər ehsan edin”, - deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur”, - deyə cavab verərlər” (“Əraf” surəsi, 50).
Beləcə, cəhənnəm əhlinin iztirabı qat-qat artar. Onlar çəkdikləri əzabla bərabər cənnət nemətlərini də görür və cənnət əhli ilə danışa bilir. Ancaq cəhənnəmliklər cənnət əhlinin sahib olduğu nemətlərə çata bilməzlər. Peşman olmaq üçün artıq gecdir.
Bu mənəvi iztirab başqa bir ayədə belə deyilir:
“Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün (deyiləcəkdir): “Siz dünyada həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”” (“Əhqaf” surəsi, 20)
Beləliklə, kafir olanlar fani dünyadakı həyatlarında etdiklərinin əvəzini görmək üzrə əbədi olaraq cəhənnəmə atılacaqlar. Möminlər isə əsl böyük qurtuluşlarını və xoşbəxtliklərini tapmışlar.